Fransanın məşhur Luvr Muzeyi Azərbaycanla bağlı paylaşım edib.
Bakıvaxtı.az bildirir ki, muzeyin "Twitter" hesabında Azərbaycanda tapılmış küp nümayiş etdirilir.
Qeyd olunub ki, müasir Azərbaycan ərazisində tapılmış küp 1000-1300-cü illərə aiddir. Eksponat hazırda İslam Mədəniyyəti bölməsində nümayiş etdirilir.















