Rusiya xüsusi xidmət orqanları 9 may paradında təhlükəsizliyi təmin etmək üçün hər şeyi edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Olduqca çətin, gərgin iş aparılır”, - deyə bildirilib.
Peskov həmçinin qeyd edib ki, Putin Qırmızı meydanda Qələbə paradında çıxış edəcək.
















