• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mahmud Abbasdan Putinə dəstək

DÜNYA

01 Iyul 2023 | 17:41

Mahmud Abbasdan Putinə dəstək

Rusiya Prezidenti Vladimir Putinlə Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Telefon danışığı zamanı M.Abbas bəyan edib ki, Rusiya hakimiyyətinin 24 iyun hadisələri ("Vaqner"in qiyamı - red.) zamanı konstitusiya quruluşu və hüququn qorunması istiqamətində atılan addımlarını tam dəstəkləyir.

Hər iki lider Rusiya ilə Fələstin arasında münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparıblar.

Bundan başqa, Putin mövcud beynəlxalq hüquq normaları əsasında Fələstin-İsrail böhranının ədalətli və davamlı həllinin tapılması ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

Sonda tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026