• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Belarus və İranın müdafiə nazirləri memorandum imzaladı

DÜNYA

31 Iyul 2023 | 15:47

Belarus və İranın müdafiə nazirləri memorandum imzaladı

Belarus və İranın müdafiə nazirləri hərbi əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Belarus müdafiə naziri general-leytenant Viktor Xreninin İrana rəsmi səfəri çərçivəsində bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb.

Tərəflər cari il üçün əməkdaşlıq planını müəyyənləşdiriblər.

Görüş zamanı tərəflər beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb, həmçinin hərbi sahədə əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR