ABŞ-ın Nyu-York şəhərindəki məşhur Tayms Meydanında 40 və 7-ci prospektlərin altından keçən 127 illik su şəbəkəsi partlayıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, şəhərin mərkəzi küçələri və ən işlək metro stansiyası su altında qalıb.
Böyükşəhər Nəqliyyat İdarəsi (MTA) metroya, təxminən, 1,8 milyon gallon suyun axdığını, 3 metro xəttində fasilələr olduğunu açıqlayıb.
Nyu York Ətraf Mühitin Mühafizəsi Departamenti bildirib ki, qruplar sızmanın mənbəyini tapmaq və su axınını kəsmək üçün təxminən bir saat vaxt sərf ediblər.
Qeyd edək ki, Nyu Yorkda köhnə su və kanalizasiya xətlərinin yenilənməsi üçün son 3 ildə 1,9 milyard dollar xərcləndiyi öyrənilib.
Ay Tac











jpg-1695973218.webp)


