• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Marsda böyük buz yataqları aşkar olundu

DÜNYA

17 Dekabr 2021 | 21:21 | Müəllif: Subhan Mahmudov

Marsda böyük buz yataqları aşkar olundu

"ExoMars TGO" zondu Marsın Mariner vadisinin mərkəzində yerləşən dərin kanyonlardan birində böyük buz ehtiyatları aşkar edib.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının saytında məlumat yayımlanıb.

Tədqiqatın nəticələri "Icarus" elmi jurnalında dərc olunub.

Astronomların fikrincə, vadinin "Kandor xaosu" adlanan hissəsində səthə yaxın süxurlarda suyun nisbəti azı 40 faiz təşkil edir. Bu isə o deməkdir ki, buz xalis halda orada yerləşir və heç bir mineralın tərkibində gizlənmir.

Alimləri düşündürən isə Marsın bu hissəsində buzun necə sabit qalmasıdır. Halbuki nəzəriyyəyə görə, buz yataqları tədricən buxarlanmalı idi.

Onların fikrincə, bu, ya Mariner vadisindəki nadir iqlim və geoloji şəraitdən, ya da yerli su ehtiyatlarının daim yeniləndiyindən xəbər verir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026