• Bakı 12° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Malinin devrilmiş prezidenti vəfat etdi

DÜNYA

16 Yanvar 2022 | 18:05

Malinin devrilmiş prezidenti vəfat etdi

Malinin qiyam nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış prezidenti İbrahim Bubakar Keyta paytaxt Bamakoda vəfat edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə “France-Presse” agentliyi sabiq prezidentin ailə üzvlərinə istinadən məlumat yayıb.

Bu gün səhər saat 09.00 radələrində vəfat edən 77 yaşlı İ. B. Keytanın ölümünün səbəbi açıqlanmayıb. İ. B. Keyta ölkəni 2013-2020-ci illərdə idarə edib.

Qeyd edək ki, 18 avqust 2020-ci ildə Bamako yaxınlığındakı hərbi bazada qiyam başlayıb və qiyamçılar prezidentlə birgə Baş nazir Bubu Sisseni saxlayıblar. Daha sonra İ. B. Keyta istefa verdiyini, parlament və hökuməti buraxdığını elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026