• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ öz vətəndaşlarını Belarusu tərk etməyə çağırdı

DÜNYA

15 Fevral 2022 | 10:08

ABŞ öz vətəndaşlarını Belarusu tərk etməyə çağırdı

ABŞ Belarusda olan vətəndaşlarını ölkəni tərk etməyə və bu ölkəyə səfər etməməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Dövlət Departamenti yayıb.

“Rusiyanın Ukrayna ilə sərhəddə qeyri-adi və narahatedici hərbi fəaliyyətinin artması səbəbindən Belarusda olan və ya Belarusa səfər etməyi planlaşdıran ABŞ vətəndaşları vəziyyətin gözlənilməz olduğunu və bölgədə yüksək gərginliyin müşahidə edildiyini bilməlidirlər”, - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, konkret olaraq xarici vətəndaşlara qarşı yönələn təqib və yaxud saxlanılma,  koronavirusa yoluxma ehtimalı və digər səbəblərə görə amerikalıların Belarusda olması təhlükəlidir: “Belarusda olan ABŞ vətəndaşları dərhal kommersiya və yaxud şəxsi nəqliyyatla ölkəni tərk etməlidirlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026