"ABŞ-yə siyasi, hərbi və iqtisadi cəhətdən ona tabe olan Avropa lazımdır".
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib.
Onun sözlərinə görə, ABŞ-nin güclü Avropaya ehtiyacı yoxdur:
"Xatırlayırsınızsa, 2014-cü ildə Rusiyaya, Krıma, Sevastopola qarşı sərt sanksiyalar yenicə tətbiq olunanda mən o zaman demişdim ki, onlar indi bizimlə isinirlər və Avropa strateji zərbə vurmaq cəhdlərində ABŞ üçün növbəti yerdə olacaq. Çünki Amerika Birləşmiş Ştatlarının rəqib kimi güclü Avropaya ehtiyacı yoxdur".
Gülşən Şərif