• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Məşhur meyxanaçının səhhəti pisləşdi - VİDEO

MƏDƏNİYYƏT-ŞOU

01 Dekabr 2022 | 12:17

Məşhur meyxanaçının səhhəti pisləşdi - VİDEO

Meyxana ustadı və qəzəlxan Mahir Cürətin səhhətində ciddi problem yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, "Bizimləsən" proqramında ifaçı ilə bağlı süjet yayımlanıb. Onun ayaqlarında yaranan yaralar çoxalaraq, ağırlaşıb. Yeriməkdə çətinlik çəkən meyxanaçı xəstəxanaya yerləşdirilib. O, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. 

Mahir Cürətin oğlu valideyninin səhhəti ilə bağlı bunları deyib:

"Atamın sağlıq vəziyyəti yaxşı olmur. Tez-tez dəyişir. Biz üç övladıq. Mən və iki bacım var. Atam çox sakit insandır. Sadəcə, bu xəstəlik onun əsəb sistemini pozub. Yaraları onun əsəblərinə toxunub. Biz heç kimdən heç nə ummuruq və gözləmirik. Onun tələbələri var. Coratdan meyxanaçı Balabey. O, atama baş çəkir, səhhəti ilə maraqlanır. Nənəm də atamdan çox nigarandır".
 


SON XƏBƏRLƏR

26 Aprel 2024