• Bakı 24° C

    5.8 m/s

“Messini Ronaldoya rəqib komandada görmək maraqlı olardı” - ŞƏRH

İDMAN

06 Avqust 2021 | 11:20

“Messini Ronaldoya rəqib komandada görmək maraqlı olardı” - ŞƏRH

Xəbər verdiyimiz kimi, Argentina millisinin futbolçusu Lionel Messi İspaniya "Barselona"sı ilə yollarını ayırıb. Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

L.Messi hansı klubla əməkdaşlıq edəcək?

İdman şərhçisi Sənan Şəfizadə Bakıvaxtı.az-a bildirib ki, Messinin “Barselona”dan ayrılması La Liqanın prosedur qaydalarına uyğun olaraq baş verdi:  “Klub yeni qaydalara görə qazandığından çox xərcləyə bilməz. Buna görə Messi ilə razılaşdırılan müqavilənin imzalanması lərv olundu. Messi kimi futbolçunun məşqçi olması real deyil. Mən onu məşqçi kimi təsəvvür etmirəm. Karyerasını başa vurmasını istəməzdim. İndiki halda Pari Sen Jermen onu transfer etməyə daha real görünür. Amma Messinin A seriyasında Ronaldoya rəqib olacaq komandada görmək çox maraqlı olardı”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026