• Bakı C

    14.31 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Davamlı meyvə şirəsı içmək piylənmə yaradır

CƏMİYYƏT

19 Mart 2025 | 15:27

Davamlı meyvə şirəsı içmək piylənmə yaradır

"Meyvələrin şəkər indeksi yüksəkdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Onun sözlərinə görə, axşam vaxtı meyvə qəbulunun azaldılması tövsiyə olunur ki, bunun heç bir elmi əsası yoxdur.

"Mənim elə pasiyentlərim olur ki, mən onlara axşam saatlarında alma yeməyi tövsiyə edirəm".

E.Məmmədov onu da bildirib ki, meyvəni bütöv şəkildə qəbul etmək lazımdır. Qastroenteroloq izah edib ki, meyvənin tərkibindəki liflər şəkərin miqdarını balanslayır.

"Qeyd etmək istəyirəm ki, 1 stəkan nar şirəsi 5 nara bərabərdir. Meyvələrdə şəkər yüksək olduğu üçün bu zaman davamlı meyvə şirələrindən istifadə edənlərin qarın ətrafında piylər əmələ gəlir".

Mina Mikayılova


SON XƏBƏRLƏR