• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

“Milli dad”ın lavaşı: Malın üstündə çəkisi niyə yazılmır? - FOTO

CƏMİYYƏT

30 Mart 2023 | 16:04

“Milli dad”ın lavaşı: Malın üstündə çəkisi niyə yazılmır? - FOTO

"Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na əsasən qablaşdırılmış malın üzərində malın adı, çəkisi, bir kiloqramın (litrin) qiyməti, çəkilmiş (qablaşdırılmış, bükülmüş) malın bütünlükdə qiyməti, qablaşdırılmanın tarixi, yararlılıq müddəti, çəkicinin soyadı, adı və ya nömrəsi göstərilməlidir.

Ancaq əksər vaxt aldığımız məhsulun üzərində göstərilənlərin hamısı tam olmur. Belə ki, bəzən malın üzərində adı, qablaşdırılça tarixi, yararlılıq müddəti yazılsa da, malın çəkisi, yaxud qiyməti yazılmır.

Elə Bakıvaxtı.az-a daxil olan şikayət də bununla bağlıdır. Belə ki, redaksiyamıza müraciət edən vətəndaş marketdən aldığı “Milli dad” lavasının üstündə malın çəkisinini yazılmadığını qeyd edib: “Pəhriz lavaşının üstündə lavaşın sayı, istifadə müddəti, tərkibi haqqında qeyd olsa da, çəkisi ilə bağlı heç bir məlumat yazılmayıb”.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, istehlakçıları aldatmaq, çaşdırmaq üçün çoxlu üsullar var: “Buna bənzər belə bir məsələ də var, Sovet vaxtından insanlar öyrəniblər ki, qablaşdırılmış duzun, makaronun miqdarı 1 kiloqram olur. Lakin baxıb görürük ki, üstündə 850 qram yazılıb”.

Onun sözlərinə təəssüf ki, çəkiyə heç bir dövlət orqanı nəzarət etmir: “Baxmayaraq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standart İnistitutu var, effektli nəzarət yerinə yetirmirlər. Hazırda əlimdə yeni istehsal olunacaq bir konfetin standartını oxuyuram. Markalanma məsələsinə baxıram. Hər iki standartda buraxılma tarixi yazılmır”.

Ekspert vurğulayıb ki, məhsulun üstündə minimum istifadə müddəti və ya tarixi yazılır: “Təkibi haqqında isə yazır ki, icazə verilən inqrediyentlər. İndi kim hardan bilsin ki, bu, hansı icazə verilən kimyəvi maddədir. Bunun kimi də çəki məsələsi qalıb ortalıqda. Yəni hökumətin birtərəfli siyasəti, yalnız və yalnız biznesin inkişafı, biznesin toxunulmazlığı istehlakçıların aldadılmasına gətirib çıxarır”.

Eyyub Hüseynova görə, yaxşı olar ki, bu cür malların üzərinə çəkisi də, sayı da yazılsın: “Çox təəssüf ki, hələ biz buna nail ola bilmirik”.

Aytac Aslan


SON XƏBƏRLƏR