Mingəçevirdə yaşlı qadın Kür çayında boğulub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Kür çayının Günəş döngəsi küçəsi istiqamətindən keçən hissəsində baş verib. Belə ki, şəhər sakini, 1956-cı il təvəllüdlü Yunusova Sahilə Yunus qızı əlini yuyarkən çaya düşüb və boğulub.
Meyit sudan çıxarılaraq aidiyyati üzrə təhvil veilib.
Faktla bağlı Mingəçevir şəhər Prokuroruğu araşdırma aparır.
















