• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Evdən 15 min manatlıq oğurluq edən şəxslər saxlanıldı

HADİSƏ

30 Mart 2022 | 10:54

Evdən 15 min manatlıq oğurluq edən şəxslər saxlanıldı

Bakıda şirkətdən və evdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki şirkətlərdən birinin həyətindən 3000 manat dəyərində elektrik kabeli oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri R.Fərzəliyev, E.Zahidov və X.Cavadov müəyyən edilərək saxlanılıblar.

38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə Qızıldaş qəsəbəsi ərazisindəki evlərdən birinin həyətindən 12.000 manat dəyərində elektrik transformatoru, 5 ədəd mühərrik, 2 ədəd qaynaq aparatı, dəmir boru və daş karxanasına aid digər ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Ə.Əliyev müəyyən edilərək saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026