• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sumqayıtdakı yanğında 5 FHN əməkdaşı xəsarət alıb - YENİLƏNİB

HADİSƏ

28 Aprel 2022 | 22:42 | Müəllif: Subhan Mahmudov

Sumqayıtdakı yanğında 5 FHN əməkdaşı xəsarət alıb - YENİLƏNİB

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında hospitalizasiya olunan yanğınsöndürən ambulator müalicə üçün buraxılıb, həyatı üçün heç bir təhlükə yoxdur. 

TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, yanğında xəsarət alma halı ilə bağlı əlavə heç bir müraciət daxil olmayıb. 

Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerindədir.


***22:25

Bakıvaxtı.az-ın məlumatına görə, Sumqayıtda baş vermiş yanğında daha 2 FHN əməkdaşı xəsarət alıb.

Beləliklə, xəsarət alan yanğınsöndürənlərin sayı 5-ə çatıb.


***22:00

Sumqayıtda "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğında daha 2 FHN əməkdaşı xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar

Bununla yanğında xəsarət alan yanğınsöndürənlərin sayı 3-ə çatıb.

***21:00

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın davam edir.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.

Bildirilib ki, 1 nəfər yanğınsöndürən aşağı ətrafın yanığı ilə hospitalizasiya olunur.(unikal)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR