Gəncədə ağır yol qəzası baş verib.
Bakıvaxtı.az-ın apa-ya istinadən məlumatına görə, hadisə şəhərin Şahsevənlər küçəsində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobilin ağaca çırpılması nəticəsində avtomobildə olan 1987-ci il təvəllüdlü Tağıyev Elnur və onun övladı, 2008-ci il təvəllüdlü Azər xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və onların vəziyyəti ağırdır.
















