• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Şəkidə avtomobil aşdı - yaralılar var

HADİSƏ

28 Aprel 2022 | 18:58 | Müəllif: Subhan Mahmudov

Şəkidə avtomobil aşdı - yaralılar var

Şəki şəhərində bir ailənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İkinci Biləcik kənd sakini, 1986-ci il təvəllüdlü Elvin Səlim oğlu Rəhimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Nəticədə sürücü 36 yaşlı E.Rəhimov, onun həyat yoldaşı və iki övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Elvin Rəhimovun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026