• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gəncədə 21 yaşlı şəxs tanışını QƏTLƏ YETİRDİ

HADİSƏ

29 Mart 2022 | 15:43 | Müəllif: Qalib İbrahimoğlu

Gəncədə 21 yaşlı şəxs tanışını QƏTLƏ YETİRDİ

Martın 24-də Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Abbas Əliyevin almış olduğu xəsarətdən ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər Prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, martın 23-ü saat 23 radələrində zərəçəkmişin tanışı, 2001-ci il təvəllüdlü Emil Quliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla Abbas Əliyevə xəsarət yetirməsi nəticəsində sonuncu aldığı xəsarətdən ölüb.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Emil Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026