• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qanunsuz tikintinin qarşısı alındı - VİDEO

HADİSƏ

28 Aprel 2022 | 11:57

Qanunsuz tikintinin qarşısı alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən yaşayış kompleksində qanunazidd tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı daxil olmuş məlumat əsasında Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib. Baxış zamanı aidiyyəti dövlət qurumları ilə razılaşdırılmadan 7 nömrəli 20 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış obyektinin genişləndirilməsi məqsədilə vətəndaş tərəfindən tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilib. Araşdırma nəticəsində tikinti-quraşdırma işlərinin yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən avtodayanacaq sahəsinin havalandırılması üçün nəzərdə tutulan şaxtanın üzərində aparıldığı müəyyən edilib. Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada binaya bitişik qeyri-qanuni tikilinin sökülməsi təmin edilib və yeraltı avtodayanacaq sahəsinin havalandırma şaxtasının fəaliyyəti bərpa olunub.


Qanunsuz tikintinin qarşısı alındı - VİDEOQanunsuz tikintinin qarşısı alındı - VİDEOQanunsuz tikintinin qarşısı alındı - VİDEOQanunsuz tikintinin qarşısı alındı - VİDEOQanunsuz tikintinin qarşısı alındı - VİDEOQanunsuz tikintinin qarşısı alındı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026