• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Biləsuvarda iki avtomobil TOQQUŞDU: Olən var

HADİSƏ

28 Aprel 2022 | 09:51 | Müəllif: Qalib İbrahimoğlu

Biləsuvarda iki avtomobil TOQQUŞDU: Olən var

Biləsuvarda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, aprelin 27-də saat 11 radələrində Biləsuvar rayonunun Arazbari kəndi ərazisində İmişli rayon sakini A.Qəhrəmanov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Cəbrayıl rayon sakini V.Yunusovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub.

Nəticədə hər iki sürücü və V.Yunusovun 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən Sürəyya Hüseynova ölüb.

Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026