Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanıa üçtərəfli görüşün yekunlarına dair #açıqlama verib:
Şarl Mişelin açıqlamasından hansı vacib məqamları fərqləndirmək olar?
Sıralamağa çalışaq:
Danışıqlar zamanı erməni tərəfi müəyyən israrlarda bulunsa da o israrlar (məsələn, onlara sərf edəcəyini düşündükləri xəritəyə istinad) qəbul olunmadı. Sonucda Mişelin açıqlamasında ancaq Almatı Bəyannaməsinə istinad var. Həmin Almatı Bəyannaməsində isə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu yazılıb;
Ermənistan Azərbaycanın ən azı 86.600 kvadrat kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə tanıyıb;
Mişelin açıqlamasının mətnində Laçın Yolu ilə bağlı heç nə vurğulanmır, bunun çox aydın anlamı odur ki, yeni gerçəkliklər beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir;
Mişel yalnız Qarabağ ermənilərinin “hüquqları və təhlükəsizliyi”ndən, Bakının bu qrup insanla açıq dialoqundan danışır.
Bu nə deməkdir? Yəni hər hansı bir statusdan, hətta beynəlxalq mexanizmlərdən söhbət gedə bilməz;
Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyiş var - Açıqlamada vurğulanır;
Mişelin elan etdiyi məhbusların mübadiləsi ya ikiyə iki olacaq, ya da heç olmayacaq! Bakının mövqeyi bəllidir;
Danışıqlar zamanı rəsmi Bakı Azərbaycan ərazilərinin minalanması və Birinci Qarabağ Müharibəsi zamanı #itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi mövzusunu fəal şəkildə qaldırdı. Bu məsələ ilə bağlı #dialoq davam etdiriləcək.
Dövlətimiz zaval görməsin!
Əkbər Qoşalı
Bakıvaxtı.az









jpg-1686664553.webp)



jpg-1686662060.webp)

