Moskva çayının akvatoriyasında gəmidə yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Fövqəladə Hallar Xidmətindən məlumat verilib.
Bildirilib ki, Moskva çayı üzərindəki Brateevo rayonunda gəmi yanır və sahəsi, təxminən, 15 kvadratmetrdir.
Hadisə yerinə yanğınsöndürənlər gəlib.















