• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rusiyada indiyədək görünməyən vəziyyət yaranıb

SİYASƏT

10 Yanvar 2023 | 13:50

Rusiyada indiyədək görünməyən vəziyyət yaranıb

"Rusiya TV kanalları 2 gündür qırmızı-qırmızı yalan danışırlar ki, Ukrayna ordusu Soledar və Baxmutdan qaçır, onları kütləvi məhv edirlər, dezertirlər artır, əsir düşənlər çoxalır, hətta Kremlin “bülbülü” Solovyov bununla bağlı geniş reportaj da çıkib-yaymışdı. Dünən isə Rusiya MN-nin sözcüsü Soledarın nəzarətə götürüldüyünü elan etmişdi".

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün səhər isə Priqojin açıqlama yayıb və deyib ki, Ukrayna ordusu qəhrəmancasına (bu sitatdır, yəni, Ukrayna ordusuna qəhrəman demək Rusiya təbliğatına daban-dabana ziddir) vuruşur, Soledar alınmayıb, heç bir dezertirlik yoxdur: "Mesajın sonunda bir daha Ukrayna ordusu haqqında, “onlar öz mövqelərini şərəflə müdafiə edirlər”, sözlərinə yer verib".

"Maraqlı vəziyyətdir – Solovyov və dəstəsi indi Priqojinə cavab verəcək, ya yox?! Rusiyada indiyədək görünməyən vəziyyət yaranıb – Bir neçə şəxslərə bağlı ordu birlikləri var, bir tək Priqojin və ona bağlı “Vaqner” deyil, həm Kadırovun, həm də bəzi başqa oliqarx və qubernatorların şəxsən özlərinə bağlı orduları, silahlı gücləri var, bu isə Rusiya üçün heç də yaxşı deyil, istənilən an o silahlı güclər öz ağalarının sözünü Rusiya Müdafiə Nazirliyinin əmrlərindən üstün tuta bilərlər".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026