• Bakı 15° C

    2.66 m/s

Navalnı ilə vida mərasiminin vaxtı açıqlandı

DÜNYA

26 Fevral 2024 | 21:25 | Müəllif: Subhan Mahmudov

Navalnı ilə vida mərasiminin vaxtı açıqlandı

Aleksey Navalnı ilə ictimai vida mərasiminin bu iş həftəsinin sonunda, yəni martın 1-nə qədər keçirilməsi planlaşdırılır.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Navalnının mətbuat katibi Kira Yarmış bildirib.

“Biz Alekseylə vida mərasimi üçün zal axtarırıq. Vaxt: bu iş həftəsinin sonu. Uyğun binanız varsa, bizimlə əlaqə saxlayın”, – Yarmış X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, 16 fevralda cəzaçəkmə müəssisəsində 47 yaşında qəfildən ölən Aleksey Navalnının cənazəsi fevralın 24-də anası Lyudmila Navalnayaya təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026