• Bakı 23° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rusiya XİN Bakı və İrəvana çağırış etdi

DÜNYA

27 Mart 2024 | 18:34 | Müəllif: Subhan Mahmudov

Rusiya XİN Bakı və İrəvana çağırış etdi

Rusiya Xarici İşlər Nazirliyi Bakı və İrəvanı Üçtərəfli İşçi Qrupun işini bərpa etməyə çağırıb.

Bakıvaxtı.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan Baş naziri müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun 2023-cü il 2 iyun tarixində keçirilən iclasında tərəflər Cənubi Qafqazda regional nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı hərtərəfli qarşılıqlı sərfəli həllə yaxın olublar:

"Biz tərəfdaşlarımızı Üçtərəfli İşçi Qrup daxil olmaqla, üçtərəfli formatda əməkdaşlığı bərpa etmək üçün siyasi iradə göstərməyə çağırırıq", deyə Rusiya XİN sözçüsü vurğulayıb./APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026