"2028-ci il yanvarın 1-dən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 5 milyon tona çatdırılması planlaşdırılır".
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının ikinci günündə bildirib.
Onun sözlərinə görə, gələcəkdə bu göstərici ildə 15 milyon tona qədər artırılacaq: "Dəhlizin Azərbaycan hissəsində infrastrukturun yenilənməsi işləri fəal şəkildə davam etdirilir. Cari ilin sonunadək xəttin yenidən qurulması başa çatacaq, paralel olaraq Ələt-Osmanlı-Astara xəttində tikinti və bərpa işləri aparılır".
Nazir qeyd edib ki, Şimal-Cənub dəhlizinin inkişafı üçün İran ilə də sıx əməkdaşlıq həyata keçirilir: "Astara" terminalının tikintisi üzrə əhəmiyyətli işlər mübadiləsi nəzərdə tutulur. Terminalın tikintisini 2026-cı ilin sonunadək tamamlamağı planlaşdırırıq".
Bakı 



