“Neftçi” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Bakıvaxtı.az xəbər verir ki, “ağ-qaralar” “Bakcell Arena”da İsrailin “Makkabi” (Hayfa) komandası ilə qarşılaşıb. Fransalı FIFA referisi Villi Delajonun idarə etdiyi görüş 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 26-da olacaq.
















