• Bakı 14° C

    1.25 m/s

"Neftçi"nin rəqibi iştirak ərizəsini UEFA-ya təqdim edib

İDMAN

02 Avqust 2021 | 13:55

"Neftçi"nin rəqibi iştirak ərizəsini UEFA-ya təqdim edib

"Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Finlandiya HİK-i iştirak ərizəsini UEFA-ya göndərib.

Bakıvaxtı.az-ın məlumatına görə, Helsinki təmsilçisi "ağ-qaralar"la oyunlara 22 futbolçu sifariş edib. Onların 3-ü qapıçı, 8-i müdafiəçi, 5-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.

Qapıçılar: Yakob Tonnander (İsveç), Hüqo Keto, Matias Niemela

Müdafiəçilər: Yanne Saksela, Markus Halsti, Deniel O Şonessi, Luis Karlos Murilyo (Kolumbiya), Miro Tenho, Valtteri Moren, Kevin-Kuassivi Benisson

Yarımmüdafiəçilər: Jair (Braziliya), Lukas Linqman, Sebastyan Dalström, Tim Sparv, Devid Braun (Papua Yeni Qvineya)

Hücumçular: Luiş Enrike (Braziliya), Riku Riski, Roope Riski, Filip Valençiç (Sloveniya), Entoni Olusanya, Atomu Tanaka (Yaponiya)

Qeyd edək ki, "Neftçi" və HİK arasında ilk oyun avqustun 3-də Bakıda, cavab görüşü isə avqustun 12-də Helsinkidə olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026