• Bakı 25° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Netanyahu: İran məsələsində ABŞ ilə eyni mövqedəyik

SİYASƏT

05 Iyul 2026 | 20:19

Netanyahu: İran məsələsində ABŞ ilə eyni mövqedəyik

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə İsrail arasında, o cümlədən İran məsələsində siyasi fikir ayrılığının olmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Benyamin Netanyahu bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

"ABŞ və İsrail arasında fikir ayrılığı olduğunu düşünmürəm", - deyə o bildirib.

Netanyahu qeyd edib ki, İsrail Vaşinqtonun etibarlı müttəfiqidir və iki ölkə bir çox məsələdə eyni mövqedən çıxış edir.

Baş nazirin sözlərinə görə, İranla bağlı da tərəflərin məqsədləri üst-üstə düşür.

"Biz İranın nüvə silahı proqramından imtina etməsini istəyirik. Zənginləşdirilmiş materialın ölkədən çıxarılmasını və uranın zənginləşdirilməsi obyektlərinin sökülməsini istəyirik. Bu və digər məsələlərdə ortaq məqsədlərimiz var", - deyə Netanyahu vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Iyul 2026