• Bakı 29° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Prezidentdən bu icra başçıları ilə bağlı - SƏRƏNCAM

SİYASƏT

04 Avqust 2026 | 12:57

Prezidentdən bu icra başçıları ilə bağlı - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında iki rayonun icra hakimiyyəti başçıları ilə bağlı sərəncamlar imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Nurlan Rauf oğlu Hacıyev Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Digər sərəncamla Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyevin daha bir sərəncamına əsasən, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Avqust 2026