• Bakı 14° C

    1.25 m/s

Nigar Abdullayeva saytlardan şikayətləndi

MƏDƏNİYYƏT

05 Iyun 2023 | 09:59 | Müəllif: Qalib İbrahimoğlu

Nigar Abdullayeva saytlardan şikayətləndi

"Saytların haqqımda yazdıqlarına sadəcə gülüb keçirəm. Bilmirəm əsəbdən gülürəm, yoxsa..."

Bakıvaxtı.az xəbər verir ki, bunu "7 Canlı" verilişində müğənni Nigar Abdullayeva deyib.

O, sosial şəbəkələrdə "ən əxlaqlı müğənni" başlığı ilə paylaşılan görüntülərinə münasibət bildirib. "Mən yəqin ki, sosial şəbəkədə fəaliyyət göstərən reklamçı jurnalistlərlə çalışmadığım üçün, belə başlıqlar istifadə edirlər. Elə başlıqlar bəzən məndə də qıcıq oyadır".

Müğənni haqqında danışılan daha bir məsləyə aydınlıq gətirib. "Bir dəfə də haqqımda çıxartmışdılar ki, bağça müəllimidir. "Belə bağça müəllimi olar?" kimi fikirlər səsləndirirdilər. Hətta buna görə Nazirlikdən mənə zəng də gəldi. Dedim, doğrudur, ixtisasım bağça müəllimliyidir. Ancaq, fəaliyyət göstərmirəm. Bəzən xaricdə olanda, açıq geyimlər geyinib paylaşıram deyə, düşünürlər ki, belə müəllim uşağa nə tərbiyə verəcək".

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026