• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Azərbaycanda yoxsul yoxdur" -  Kubra Əliyeva

MƏDƏNİYYƏT

04 Iyul 2023 | 11:24

"Azərbaycanda yoxsul yoxdur" - Kubra Əliyeva

Əməkdar artistlər Kubra Əliyeva və Gövhər Rzayeva Azərbaycandakı toy adətlərini tənqid ediblər.

Bakıvaxtı.az xəbər verir ki, aparıcı Elgiz Əkbərin "Toy tortlarının qiyməti 20 min manatdır" sözünə münasibət bildirən aktrisa və musiqiçi bunu israfçılıq adlandırıb.

G.Rzayeva "İsrafçılıqdır. Allah bundan keçmir. Gedib ona desən, 100 manat ver, verməz. Amma gör nə oyun çıxardır. Harınlamışlıqdır. Əvvəl toyda küftə-bozbaş verirdilər, bir də plov. İndi israfçılıq çoxdur" sözlərini söyləyib.  

K.Əliyeva isə "Ərəb şeyxi qızının ad günündə 70 min torta pul verib. Bizimkilər də ondan götürüb. Azərbaycanda yoxsul yoxdur. Kasıb ola bilər, o da öz günahındandır. Oxumur, işləmir, deyir elə mənə dövlət baxsın. Elə şey yoxdur. Yolda yerimək olmur, maşın bol, restoranlar dolu" sözlərini əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026