Novruz bayramı digər bayramlardan fərqli olaraq, özünəməxsus fərqli xüsusiyyətləri ilə seçilir. Bu xüsusiyyətlərdən biri də bayram günü süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzağın düzülməsidir.
Bakıvaxtı.az xəbər verir ki, su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sair “s” hərfi ilə başlayan ərzaqlar bayram süfrəsinin bəzəyi olur. Bəs bu adətin əsası nədir?
Folklorşünas Şakir Albalıyev mövzu ilə bağlı Bakıvaxtı.az-a bildirib ki, bayramda süfrəyə “S” hərfi ilə başlayan 7 məhsul düzmək əsassızdır: “Uydurmadır, yəni yazıçı fantaziyasıdır. Çünki bu bayramı fars da keçirir. Tutaq ki, fars süfrəyə alma qoyur, alma farslarda “S” hərfi ilə başlayır. Amma mən almanı necə süfrəyə qoyum?! Və yaxud mən süfrəyə sumaq qoyuram, ancaq başqa millətlərdə sumaq fərqli hərflə başlayır. Xoş fantaziyadır, yəni pis cəhədi yoxdur, ancaq mən əsasını görmürəm”.
Aytac Aslan
















