• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Təhsil şöbələri ləğv ediləcək? - AÇIQLAMA 

CƏMİYYƏT

14 Aprel 2022 | 11:25

Təhsil şöbələri ləğv ediləcək? - AÇIQLAMA

“Təhsil şöbələri ləğv edilməyəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib.

Onun sözlərinə görə, Regional Təhsil İdarələrinin yaradılması yerlərdəki təhsil şöbələrinin ləğvi demək deyil:  "Onlar sadəcə yeni yaradılacaq idarələrin tərkibində bir sektor kimi fəaliyyətlərini davam etdirəcəklər". 

Şöbə müdiri həmçinin deyib ki, metodiki kabinetlər Regional Təhsil İdarələrinin tərkibində fəaliyyətini davam etdirəcək. O bildirib ki, bu istiqamətdə Nazirlik araşdırmalar aparır və beynəlxalq təcrübə öyrənilir.

"Məqsəd ondan ibarətdir ki, müasir çağırışlara əsasən məktəblərə göstərilən metodiki xidmətin keyfiyyəti artırılsın". 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026