• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Bu gün 28 dərəcə isti olacaq - PROQNOZ

CƏMİYYƏT

14 May 2022 | 08:34

Bu gün 28 dərəcə isti olacaq - PROQNOZ

Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturu gecə 11-14° isti, gündüz 20-24° isti, Bakıda gecə 11-13° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.


    SON XƏBƏRLƏR