• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

"Millət konsert hayında deyil"- Flora Kərimova

CƏMİYYƏT

14 May 2022 | 11:25

Millət konsert hayında deyil- Flora Kərimova

"Müğənnilər, oxuyanda gözünüzü yummayın. Onlar hissiyyatınızın ifadəsini verir. "Ey vətən" oxuyur, göz yumulur, o məhəbbəti görə bilmirəm".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Xalq artisti Flora Kərimova "3D" prqramında qonaq olarkən səsləndirib.

Xalq artisti Azərbaycan musiqisini klassiklərini qoruduğunu deyib: "Bu, tariximizdir. Tələb etdim ki, "ts", "ç" deməyin".

Aparıcı Dadaş Dadaşlinskinin sənətin müğənnilər tərəfindən toya qurban verilib-verilməsi ilə bağlı sualını cavablandıran Xalq artisti "Bəs müğənnilər necə dolansınlar?" deyib.

"Bir balaca ölkəmiz var. Konsertlə mümkün deyil. Millət konsert hayında deyil. Müğənni haradan pul qazanmalıdır? Toya getməlidir. Hansı konsert? Elə pul aparır ki, adamın uşağı çörəksiz qalır. Zala ver, onları da qınamıram, yazılıb, heç kim heç kimə zalı bağışlamayacaq. Əgər xaricdəki kimi müğənnilərimiz yaşamaq istəyirlərsə, onda durumları müqayisə etsinlər. Axı, bunlar müqayisəyə gələn hal deyil", - deyə Flora Kərimova əlavə edib.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR