• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Narkotacirdən 26 kiloqram çətənə kolu və marixuana aşkarlandı - VİDEO

CƏMİYYƏT

13 Iyun 2022 | 10:40

Narkotacirdən 26 kiloqram çətənə kolu və marixuana aşkarlandı - VİDEO

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Zirə qəsəbəsində yaşayan Anar Süleymanovun yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərdiyi barədə İdarəyə əməliyyat məlumatı daxil olub. Məlumat yoxlanılan zaman fakt öz təsdiqini tapıb. Polislər həmin şəxsi saxlayaraq üzərinə, eləcə də yaşadığı evin həyətindəki istixanaya baxış keçirən zaman ümumi çəkisi 15 kiloqram olan 53 ədəd çətənə kolu və 11 kiloqram marixuana aşkar edilib. Anar Süleymanov ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Anar Süleymanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Narkotacirdən 26 kiloqram çətənə kolu və marixuana aşkarlandı - VİDEONarkotacirdən 26 kiloqram çətənə kolu və marixuana aşkarlandı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026