Darçın hüceyrələrin qocalma prosesini azaldır, yəni bədənimizin gəncliyini uzadır.
Bakıvaxtı.az bu barədə terapevt və diyetoloq Yelena Tixomirova bildirib. Onun sözlərinə görə, darçın infarkt və insulta səbəb olan qan laxtalarının və ya qanda trombların inkişafının qarşısını alan təbii antikoaqulyantdır. Darçının özündə iltihabla aktiv mübarizə aparan flavonoidlər var.
Yelena Tixomirova deyib ki, insan orqanizmində darçının qəbulu sayəsində müxtəlif toxumalarda azot oksidinin sintezi prosesi güclənir: "Bununla da, qocalmanın sürətlənməsinə səbəb olan və müxtəlif növ xəstəliklərin riskini artıran sərbəst radikalların hücumlarından müdafiə təmin edilir. Sərbəst radikallar və oksidləşdirici stres bədənimizdə xəstəliklərin və məkrli patologiyaların əsas səbəbləridir. Darçın qanı daha axarlı edir, onun antitrombotik təsiri elmə yaxşı məlumdur".
Onun sözlərinə görə, bəlkə də darçının ən dəyərli faydalarından biri bədəndə demək olar ki, bütün hüceyrələrinin qocalma proseslərini ləngitmək qabiliyyətidir. Ancaq bu hərəkətə yalnız ümumilikdə sağlam pəhrizə riayət edilməsi təqdirdə nail olmaq olar.
"Sizin qida rasionunuz əsasən fastfud, un məhsulları və qırmızı ət kimi yeməklərdən ibarətdirsə, o zaman hətta darçın belə kömək etməyəcək", - deyə Yelena Tixomirova qeyd edib.











jpg-1660235683.webp)


jpg-1660231207.webp)

