Üzüm insan ömrünü uzadan ən uyğun məhsullardan sayılır.
Bakıvaxtı.az xəbər verir ki, Qərbi Yeni İngiltərə Universitetinin alimləri bu qənaətə gəlib. Onlar sübut ediblər ki, bu giləmeyvə ömrün davamlılığını 5 il artırır.
Tədqiqatçılar müəyyən ediblər ki, əgər insan hər gün yüksək yağlı qidalar qəbul etsə və eyni zamanda təxminən iki fincan üzüm yesə, bu, qaraciyər yağlanması deyilən xəstəlik riskini azaltmağa kömək edər və ömrün 4-5 il uzanmasına səbəb olar. Digər faydalarla yanaşı üzüm gen ekspressiyasına təsir göstərir. Tərkibində antioksidantların səviyyəsini artıran maddələr var. Bu, cavanlaşmağa və orqanizmdə yaşla bağlı prosesləri yavaşlatmağa kömək edir.
Beyində gen ekspressiyasına gəlincə, laboratoriya siçanları üzərində aparılan sınaqda göstərildiyi kimi zehnə faydalı təsir göstərir. Düzdür, onların nəticələri heç də həmişə insanlar üzərində əlavə tədqiqatlarla təsdiqlənmir, lakin artıq əldə edilmiş nəticələri müsbət kimi qəbul etmək olar. Üzüm uzun müddətdir ki, tərkibində yüksək səviyyədə antioksidantların olmasına görə planetimizdə ən faydalı qidalardan biri hesab olunur.
Orqanizmdə oksidləşdirici stres qocalmanın və bir sıra patoloji proseslərin inkişafının səbəbidir. Oksidləşdirici stresin və sərbəst radikallar adlanan molekulların təsirlərini azaltmaq üçün antioksidantlara ehtiyacımız var.
Üzüm onların yüksək səviyyəsini təmin edir, onun tərkibində resveratrol adlı faydalı komponent də var.
Aytac Aslan
















