PSJ-nin qapıçısı Canluici Donnarumma komandanın digər qolkiperi Keylor Navas ilə aralarındakı rəqabətdən danışıb.
Bakıvaxtı.az xəbər verir ki, 23 yaşlı oyunçu mövsümün sonunda ya özünün, ya da Navasın Paris təmsilçisindən ayrılacağını deyib:
“Keylorla çox yaxşı münasibətim var, biz pis adamlar deyilik. Rəqabətimizlə bağlı bütün vəziyyəti başa düşürük" deyən Donnarumma lakin bunun çəti olduğunu bildirib (qol.az). O bildirib ki, yükün öhdəsindən yaxşı gəliblər, vəzifələri öz aramızda bölüşdürüblər.
"Növbəti mövsümdə yenidən bu səviyyəli rəqabətə sahib olmaq istəyib-istəmədiyimi soruşduqda cavab verərdim ki, klub artıq seçim edəcək və bizdən biri PSJ-ni tərk edəcək”, - deyə Canluici Donnarumma qeyd edib.