• Bakı 20° C

    1.66 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Ölən İsrail hərbçilərinin sayı 21-ə çatıb

DÜNYA

23 Yanvar 2024 | 11:42

Ölən İsrail hərbçilərinin sayı 21-ə çatıb

Qəzza zolağında yerləşən binada baş verən partlayış nəticəsində ölən İsrail hərbçilərinin sayı 21-ə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, briqada generalı Daniel Haqari bildirib.

Onun sözlərinə görə, həmin vaxt hərbçilər bufer zona yaratmaq üçün Qəzza zolağı ilə İsrail sərhədinin 600 metrliyində HƏMAS hərəkatının bina və obyektlərini sökürdü.

Bildirilib ki, bu zaman HƏMAS döyüşçüləri hərbçilərin təhlükəsizliyini təmin edən tanka hücum etmək üçün "RPQ"dən istifadə edib və iki binada eyni vaxtda partlayış səsləri eşidilib, binalar uçub.

Xatırladaq ki, daha əvvəl “i24” telekanalı azı 10 hərbçinin öldüyü barədə məlumat vermişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026