• Bakı 18° C

    6.48 m/s

Ölkədə xəstəlik tüğyan edir: Apteklərdə dərman tapılmır

CƏMİYYƏT

05 Yanvar 2023 | 13:59 | Müəllif: Qalib İbrahimoğlu

Ölkədə xəstəlik tüğyan edir: Apteklərdə dərman tapılmır

Son günlər əhali arasında kəskin soyuqdəymə, öksürək və qızdırma kütləvi hal almaqdadır. Bunun qarşısını almaq üçün apteklərə üz tutanlar əliboş geri dönürlər.

Redaksiyamıza daxil olan məlumatlara görə, insanlar əsasən qızdırmasalıcı dərmanları tapmaqda çətinlik çəkirlər. Belə ki, “Nurafen”, “Parasetomol”, “Panadol”, “Piretikol”, “Taylol hot”, “Qriphot” kimi dərmanlar apteklərdə tapılmır.

Maraqlıdır, adıçəkilən preparatların (və ya siropların) son aylarda ölkəyə idxalı nə qədər olub?

Analitik Ekspertiza Mərkəzindən Bakıvaxtı.az-a bildirilib ki, qurumun səlahiyyətlərinə yalnız ölkəyə idxal olunan dərman vasitələrinin laborator analizi və sənədlərinin uyğunluğunu yoxlamaq daxildir:

“Konkret olaraq adını çəkdiyiniz dərman vasitələrinin idxalına gəldikdə, 21 dekabr 2022 tarixində ölkəyə “Nurofen uşaqlar üçün sirop 100 ml” 24 996 qutu, “Nurofen uşaqlar üçün sirop 150 ml” 1980 qutu, “Nurofen 200 mq, tablet N8, N10” 24 624 qutu, “Nurofen forte 400 mq, tablet N12, N20” 14 400 qutu gətirilib. Amma, apteklərdə “Nurofen” dərmanı ilə eyni tərkibli “İbuprofen” dərman vasitəsi də var”.

Qeyd olunub ki, “Nurofen” yalnız həkimlə məsləhətləşdikdən sonra “İbuprofen” dərman vasitəsi ilə əvəz edilə bilər. Qurumdan bildirilib ki, “İbuprofen” 200 mq, tablet N100 ölkəyə 25 noyabrda - 59 000, 400 mq, tablet N100 isə 23 dekabrda - 29 664 qutu idxal edilib.

Bundan əlavə, məlumatda bildirilib ki, 26 dekabrda “Panadol baby: məhlul 26 3120 qutu, şamları – 2040 qutu, 28 dekabrda isə məhlul 3120, şam isə 840 qutu idxal edilib.

“Panadol” 500 mq, tablet: 26 dekabrda - 10 079 qutu, 28 dekabrda - 10 080 qutu idxal edilib.

“Taylolhot” – 8 dekabrda - 25 750, 27 dekabrda - 50 000 qutu idxal edilib.

“Taylolhot” pediatrik – 8 dekabrda - 7715, 26 dekabrda - 27 350 qutu idxal edilib.

“Taylol sirop” 100 ml: 26 dekabrda – 7000 qutu idxal edilib.

“Qriphot” - 9 dekabrda – 4835 , 12 dekabrda 42 757 qutu idxal edilib.

“Peritikol sirop ölkəyə 2018-dən idxal edilmir, amma əsas təsiredici maddəsi olan parasetamol həm “Taylol” şərbət, həm də “Panadol” şərbətin tərkibində var”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026