"ABŞ-ın dünyada yaratdığı bioloji laboratoriyalar on milyonlarla insanın sağlamlığı üçün təhlükə yaradır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev müsahibəsində deyib.
O, bildirib ki, güyaQərb insan haqlarının qeydinə qalır, amma əslində onları kütləvi şəkildə pozur: "Həmin Vaşinqtonun bioloji laboratoriyaları dünyanın hər yerində insanların hüquqlarını pozaraq onların sağlamlığını təhlükə yaradır".
O xatırladıb ki, insan haqlarına azadlıq, həyat və sağlamlığın qorunması, qanun və məhkəmə qarşısında bərabərlik, şəxsi ləyaqət və daha çox şeylər aiddir: “ABŞ -ın özündə fərqli fikirlər təqib olunur, bir çox insan normal tibbi xidmət almaq imkanından məhrum edilir. bütün irq və millətlərin nümayəndələri hakimlərin və polisin ədalətli qərarlarına arxalana bilmirlər. "















