• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sahibə Qafarova Yunanıstanda səfərdədir

SİYASƏT

20 Oktyabr 2021 | 19:23 | Müəllif: Subhan Mahmudov

Sahibə Qafarova Yunanıstanda səfərdədir

Oktyabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlament Sədrlərinin Konfransında iştirak etmək üçün Yunanıstan Respublikasına işgüzar səfərə gəlib.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Afina Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini ölkəmizin Yunanıstandakı səfiri Anar Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Sabah Milli Məclisin sədri Sahibə Qafarovanın Parlament Sədrlərinin Avropa Konfransında çıxışı gözlənilir. Parlament sədrinin tədbirdə iştirak edəcək spikerlərlə bir sıra görüşləri də nəzərdə tutulub.

Xatırladırıq ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR