• Bakı 24° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Otis” Meksikanı vurdu

DÜNYA

25 Oktyabr 2023 | 14:07 | Müəllif: Qalib İbrahimoğlu

“Otis” Meksikanı vurdu

5-ci kateqoriya “Otis” qasırğası Meksikanın cənubunu vurub.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Qeyd olunur ki, qasırğaya görə məktəblərdə tədris dayandırılıb.

Qasırğa Qerrero ştatının Akapulko şəhərinə düşüb. Güclü külək və yağışlara səbəb olan qasırğa ölkənin cənubuna da təsir edib. Küləyin sürətinin saatda 270 kilometrə çatacağı gözlənilsə də, səlahiyyətlilər sahil bölgəsində güclü dalğalar və daşqınlar barədə xəbərdarlıq ediblər.

Meksika prezidenti Andres Manuel Lopez Obrador riskli ərazilərdə yaşayanları təcili yardım mərkəzlərinə getməyə və çay sahilləri kimi ərazilərdən uzaq durmağa çağırıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026