• Bakı 6° C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Paşinyan Brüssel danışıqları barədə Blinkeni məlumatlandırdı

SİYASƏT

24 May 2022 | 17:37 | Müəllif: Subhan Mahmudov

Paşinyan Brüssel danışıqları barədə Blinkeni məlumatlandırdı

Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Baş nazir və dövlət katibi regionda kommunikasiyaların açılması və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

N.Paşinyan mayın 22-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi üçtərəfli görüş barədə təəssüratlarını bölüşüb, danışıqların ümumilikdə müsbət keçdiyini vurğulayıb.

Həmçinin tərəflər Ermənistanda demokratik islahatlar ətrafında fikir mübadiləsi aparıblar.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026