Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda baş verənlərə görə müxalifəti ittiham edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni telegram kanalları məlumat yayıb.
Baş nazir parlamentdə etdiyi çıxışda bəyan edib ki, müxalifət Ermənistanın müharibəyə cəlb olunacağını gözləyirdi.
O, opponentlərini müstəqil siyasət apara bilməməkdə ittiham edib.















