ABŞ-da 2 nəfərdə dang qızdırması aşkar edilib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, qızdırma ın Kaliforniya ştatında ölkə hüdudlarından kənara səyahət etməyən şəxlərdə aşkarlanıb.
Pasadena şəhərinin Xalq Sağlamlığı İdarəsindən verilən açıqlamada orada yaşayan bir şəxsin keçən ay dang qızdırmasına tutulduğu, xəstənin sağalma prosesinin davam etdiyi bildirilib.
Yoluxmanı araşdıran səhiyyə işçiləri düşünürlər ki, səyahət edən və yoluxmuş bir şəxsi dişləyən ağcaqanad başqa bir yerli sakini dişləyərək xəstəliyi ötürüb.
ABŞ-ın Kaliforniya ştatının Long Beach şəhərindəki səhiyyə departamentinin səlahiyyətliləri səyahətlə əlaqəli olmayan başqa bir dang qızdırması yoluxmasının qeydə alındığını, lakin xəstənin sağaldığını açıqlayıb.
Səlahiyyətlilər xəstəliyin başqalarına keçmə riskinin az olduğunu bildirib. Tropik və subtropik bölgələrdə baş verən dang qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra yüngül qızdırma ilə müşahidə olunan xəstəlik bəzi hallarda ölümlə nəticələnir.
Ümumiyyətlə, yağışlı dövrlər kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında hadisələrin sayı artır. Alimlər bildirirlər ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və dang qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur. Bu xəstəliyə səbəb olan ağcaqanad növləri su hövzələrində sürfələr yaratdığından mümkün çoxalma sahələrinin daim dezinfeksiya edilməsi lazımdır.
Xatırladaq ki, Banqladeşdə dand qızdırması səbəbindən bir ildə ən çox ölüm halı daha əvvəl 2022-ci ildə 281 olaraq qeydə alınmışdı.
Ay Tac















