İranda narkoloji dispanserdə yanğın olub.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Hadisə Gilan vilayətinin Ləngrud şəhərindəki narkoloji reabilitasiya mərkəzində qeydə alınıb. Hadisə nəticəsində 27 nəfər ölüb, 17 nəfər yaralanıb.
Yanğın artıq söndürülüb, səbəbləri araşdırılır.
















